Bakıda Respublika Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq

11:38 - 28 May 2018 - Xəbər

Bakıda Respublika Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq.   Ucnoqta.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, 28 May - Respublika Günü münasibətilə bu gün saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq.   Orkestrlər müəyyən edilmiş 6 yerdə çıxış edəcəklər: - Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında); - Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə); - Fəvvarələr meydanında; - Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında; - Zərifə Əliyeva parkında; - Zabitlər parkında.

Xəbər xətti