Ramos: "Futbol bəzən sərt üzünü göstərir"     
                    
                     
                    
                        
                                         
             
            18:05  -  27 May   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            “Real”ın kapitanı Serxio Ramos Çempionlar Liqasının final oyununda (3:1) onunla ikili mübarizə zamanı zədələnən “Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salaha şəxsi “Twitter” hesabı ilə mesaj göndərib.
Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, o, misirli futbolçuya tezliklə sağalmağı arzu edib:
“Futbol bəzi məqamlarda sənə şirin, bəzən isə sərt üzünü göstərir. İlk növbədə biz həmkarıq. Tezliklə sağalmağın ümidi ilə, Salah. Gələcək səni gözləyir”.
Qeyd edək ki, çiynindən zədə alan Salah 29-cu dəqiqədə göz yaşları ilə meydanı tərk edib.