Ucnoqta.az
www.ucnoqta.az

Ramos: <font color=red><b>"Futbol bəzən sərt üzünü göstərir"</b></font>

18:05 - 27 May 2018 tarixində dərc olunub.
“Real”ın kapitanı Serxio Ramos Çempionlar Liqasının final oyununda (3:1) onunla ikili mübarizə zamanı zədələnən “Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salaha şəxsi “Twitter” hesabı ilə mesaj göndərib. Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, o, misirli futbolçuya tezliklə sağalmağı arzu edib: “Futbol bəzi məqamlarda sənə şirin, bəzən isə sərt üzünü göstərir. İlk növbədə biz həmkarıq. Tezliklə sağalmağın ümidi ilə, Salah. Gələcək səni gözləyir”. Qeyd edək ki, çiynindən zədə alan Salah 29-cu dəqiqədə göz yaşları ilə meydanı tərk edib.
Müəllif: