İnyesta yapon klubunda çıxış edəcək     
                    
                     
                    
                        
                                         
             
            08:48  -  24 May   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            "Barselona" futbol klubunun sabiq ispaniyalı yarımmüdafiəçisi Andres İnyesta Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edəcək.
Bu məlumatı futbolçu özünün "Tvitter" səhifəsində təsdiqləyib.
34-yaşlı yarımmüdafiəçi sosial şəbəkədə yapon klubunun prezidenti ilə şəkil paylaşıb və şərh yazıb: "Dostum Xikaro Mikitani ilə yeni evimə gedirəm".
Xatırladaq ki, futbolçu aprel ayının sonunda İnyesta "Barselona"dan getdiyini bəyan edib. O klubun əsas komandasında 2002-ci ildə çıxış edirdi.trend