Ucnoqta.az
www.ucnoqta.az

İnyesta yapon klubunda çıxış edəcək

08:48 - 24 May 2018 tarixində dərc olunub.
"Barselona" futbol klubunun sabiq ispaniyalı yarımmüdafiəçisi Andres İnyesta Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edəcək. Bu məlumatı futbolçu özünün "Tvitter" səhifəsində təsdiqləyib. 34-yaşlı yarımmüdafiəçi sosial şəbəkədə yapon klubunun prezidenti ilə şəkil paylaşıb və şərh yazıb: "Dostum Xikaro Mikitani ilə yeni evimə gedirəm". Xatırladaq ki, futbolçu aprel ayının sonunda İnyesta "Barselona"dan getdiyini bəyan edib. O klubun əsas komandasında 2002-ci ildə çıxış edirdi.trend
Müəllif: