“CinemaPlus” komandası MFL-in qrup mərhələsinin çempionu olub
19:16 - 21 May 2018 - Xəbər
“CinemaPlus” kinoteatrlar şəbəkəsinin futbol komandası Mini Futbol Liqasının (MFL) həvəskar turnirində A konfransının qalibi olub.
Komanda 27 oyundan 24-də qalib gəlib və turnirin "play off" mərhələsində çıxış etməyə hazırlaşır.
Komandanın təsisçisi və kapitanı Şaiq Qəribzadədir. Komandanın ən yaxşı bombardiri isə Ceyhun Şirinlidir.
Qeyd edək ki, MFL həvəskar futbolçular üçün təsis olunub. Bu unikal idman layihəsi futbolla maraqlanan geniş auditoriya üçün nəzərdə tutulub.