Xaçmazda iki maşın toqquşub

10:37 - 21 May 2018 - Xəbər

Xaçmaz rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, “VAZ 2106” markalı avtomobil yolun kənarında dayanan digər nəqliyyat vasitəsinə dəyib. Qəza nəticəsində rayonun Hacıəlibəy kənd sakinləri - 1993-cü il təvəllüdlü Piroğlanov Heydər Şahbaba oğlu və 1990-cı il təvəllüdlü Hacımmədov Kənan Zaur oğlu müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti