Bakıda xəstə əməliyyat masasında vəfat edib

10:05 - 21 May 2018 - Xəbər

Azərbaycanda daha bir qadın plastik əməliyyatın qurbanı olub

Bakıda xəstə əməliyyat masasında vəfat edib. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bir müddət öncə Sabunçu rayonunda yerləşən “Stimul Hospital”da baş verib.
Həkim Elçin Zodan pasiyent Yeganə Quliyevanı plastik əməliyyat edərkən o, stolda keçinib. Y.Quliyeva əməliyyat başa çatmamış dünyasını dəyişib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, daha sonra iş Bakı şəhər Prokurorluğuna verilib.
E.Zodanın apardığı əməliyyat zamanı xəstənin vəfat etməsinin səbəbləri istintaq tərəfindən araşdırılır.

Plastik cərrah Elçin Zodan “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib.

Xəbər xətti