Xətai prospektində hərəkət məhdudlaşdırılır

16:10 - 18 May 2018 - Xəbər

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Xətai prospektində piyada zolaqlarının və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri aparılacaq.

Ucnoqta.az xəbər verir ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, sözügedən hissədə 18 may tarixində axşam saat 22:00-dan etibarən avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər xətti