Əfv komissiyasının iclasları Yekunlaşdı

18:05 - 17 May 2018 - Xəbər

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Ucnoqta.az xəbər verir ki, Komissiyanın üzvü Rəşad Məcid Trend-ə bildirib ki, bugünkü iclasda da 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib. REKLAM www.azerturkbank.az Daha ətraflı Native Video by Adributor Onun sözlərinə görə, bununla da komissiya iclaslarını yekunlaşdırıb: "Artıq müvafiq sənədlər hazırlanıb ölkə başçısına təqdim ediləcək". Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 1500-ə yaxın müraciətə baxıb.

Xəbər xətti