Rusiyalı müğənni İsrailə buraxılmadı

10:54 - 17 May 2018 - Xəbər

Rusiyanın məşhur müğənnisi Qriqori Lepsin İsrailə girişinə icazə verilməyib.  Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə qastrol səfərinin təşkilatçısı deputat Yuliya Malinovskaya müraciət edib.  Bildirilib ki, sənətçi ilə birgə İsrailə gedəcək musiqiçi və texniki işçiyə icazə verilsə də, Lepsin ölkəyə girişinə qadağa qoyublar.  Qeyd olunur ki, Qriqorinin İsraildə baş tutan konsertinə 3 mindən çox bilet satılıb.  Xatırladaq ki, müğənninin bundan əvvəl Böyük Britaniya və ABŞ-a girişinə icazə verilməmişdi. 

Xəbər xətti