Azərbaycan millisi gürcüstanlı həmkarları ilə bacarmadı     
                    
                     
                    
                        
                                         
             
            21:53  -  16 May   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib.
Rəşad Sadıqovun rəhbərlik etdiyi millimiz gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Görüşdə hesabı komandamız açsa da, sonradan 2 qol vuran gürcülər əzmkar qələbə qazanıblar.
Qeyd edək ki, U-20 yığmamız mayın 24 və 27-də Makedoniyanın U-21 millisi ilə 2 yoxlama oyununda qüvvəsini sınayacaq.
Yoldaşlıq oyunu
16 may
19:00. Azərbaycan U-20 - Gürcüstan U-20 - 1:2
Qollar: Ziya Əzizov, 66 (1:0), David Muciri, 79 (1:1), David Samurkasovi, 83 (1:2)
“Dalğa Arena” qol.az