Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan millisi gürcüstanlı həmkarları ilə bacarmadı

21:53 - 16 May 2018 tarixində dərc olunub.
20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Rəşad Sadıqovun rəhbərlik etdiyi millimiz gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Görüşdə hesabı komandamız açsa da, sonradan 2 qol vuran gürcülər əzmkar qələbə qazanıblar. Qeyd edək ki, U-20 yığmamız mayın 24 və 27-də Makedoniyanın U-21 millisi ilə 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Yoldaşlıq oyunu 16 may 19:00. Azərbaycan U-20 - Gürcüstan U-20 - 1:2 Qollar: Ziya Əzizov, 66 (1:0), David Muciri, 79 (1:1), David Samurkasovi, 83 (1:2) “Dalğa Arena” qol.az
Müəllif: