Azərbaycan prezidenti Norveç kralını təbrik edib

17:56 - 16 May 2018 - Xəbər

Azərbaycan prezidenti İlham Əliyev Norveç kralı V Haraldı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.   Təbrikdə deyilir:   “Əlahəzrət, Norveç Krallığının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Norveç xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Xəbər xətti