Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poçt markası buraxılıb

18:43 - 16 May 2018 - Xəbər

Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poçt markası hazırlanıb.

Ucnoqta.az xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, hazırlanan 4 növ poçt markasında Azərbaycan Xalq Cümhuriyyətinin Parlament binasının, iclasının, Şərqdə ilk dəfə qadına səsvermə hüququ verilən obrazın təsvirləri yer alıb. Poçt markalarında Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mövzusu geniş qeyd edilib.

Yüksək nəfisdə və tərtibatda hazırlanan poçt markaları sayı 2000 ədəddir.

Poçt markaları artıq bu gündən dövriyyəyə buraxılıb.


Xəbər xətti