Ramiz Həsənov xarici işlər nazirinin müavini təyin edilib

12:18 - 16 May 2018 - Xəbər

Azərbaycan xarici işlər nazirinə yeni müavin təyin olunub

Azərbaycanın Xarici İşlər Nazirliyində yeni təyinat olub. APA-nın məlumatına görə, Ramiz Həsənov xarici işlər nazirinin müavini təyin edilib. Ucnoqta.az xəbər verir ki, R. Həsənov APA-ya açıqlamasında xəbəri təsdiqləyib.

Qeyd edək ki, R. Həsənov Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri olub. Komitə prezident İlham Əliyevin sərəncamı ilə bir müddət əvvəl ləğv olunub.

R. Həsənovun təyinatı haqqında xəbəri ilk olaraq haqqin.az yayıb.

Xəbər xətti