İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi parkı açılıb

14:11 - 15 May 2018 - Xəbər

İstanbulun Maltepe rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi adlı park açılıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, parkın açılış mərasimində çıxış edən Maltepe bələdiyyəsinin sədri Əli Kılıç Azərbaycan-Türkiyə münasibətlərindən danışıb. O, parkın açılmasının bu münasibətlərin inkişafının nəticəsi kimi qiymətləndirib. Bələdiyyə sədri bildirib ki, bu gün Fələstində baş verən faciələr bir neçə il əvvəl Qarabağda yaşanıb: “Qarabağın işğaldan azad olunması istiqamətində hər zaman dəstəyimizi göstərəcəyik”.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və digər çıxışçılar iki qardaş ölkənin münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıblar.


Xəbər xətti