Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev mayın 25-də Bərdə şəhərində (Yeni Azərbaycan Partiyasının Bərdə təşkilatının binasında) vətəndaşları qəbul edəcək.
Ucnoqta.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) verilən məlumata görə, qəbulda Bərdə, Ağdam, Ağcabədi və Tərtər rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, ETSN-nin 168 saylı “Qaynar xətt”i, 12 saylı (Bərdə) ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.