DTX-nın həbs etdiyi baş redaktorun məhkəməsi başlayıb

16:32 - 14 May 2018 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən "İrəvan Press” qəzetinin baş redaktoru Azər Abbasovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı mayın 18-nə təyin edilib.

Qeyd edək ki, A. Abbasov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməliyyatı nəticəsində ötən ilin iyununda həbs olunub. O, 25 nəfər zərərçəkmiş şəxsdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilir.apa

Xəbər xətti