Azərbaycan Milli Məclisinin 2018-ci il yaz sessiyasında son iclasının tarixi müəyyənləşib.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, iclas mayın 31-də keçiriləcək. Bununla da yaz sessiyası başa çatacaq. İclasın gündəliyi yaxın günlərdə müəyyənləşəcək.
Qeyd edək ki, parlamentin növbəti plenar iclası mayın 18-də keçiriləcək.