"Bakı Marafonu 2018"-in qalibi müəyyənləşib

12:17 - 13 May 2018 - Xəbər

"Bakı Marafonu 2018"-in qalibi müəyyənləşib. Finişə ilk çatan ukraynalı İqor Olefirenko (1990-cı il təvəllüd) olub. İkinci yerin sahibi iranlı Məhəmməd Cəfər Muradidir (1990). Türkiyəli Ömər Alkanoğlu (1991) isə ilk üçlüyü tamamlayıb. Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də “Bakı Marafonu 2018” keçirilir. “Küləyə qalib gəl” şüarı altında keçirilən marafon ardıcıl üçüncü ildir təşkil olunur. Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib. “Bakı Marafonu 2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edir.

Xəbər xətti