YAP rəhbərliyi ağac əkdi
12:50 - 12 May 2018 - Xəbər
Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə əlaqədar Türkan qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada YAP rəhbərliyi, millət vəkilləri partiya üzləri iştirak edib. Yeni Azərbaycan Partiyasının sədrinin müavini, icra katibi Əli Əhmədov deyib ki, aksiya çərçivəsində Yeni Azərbaycan Partiyası üzvlərinin sayı qədər, 700 min ağac əkmək nəzərdə tutulub. O, Azərbaycanın bütün bölgələrində belə aksiyaların keçirildiyini qeyd edib. Qafqazinfo