Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) nazir Muxtar Babayevlə Misirin Azərbaycandakı səfiri Abel İbrahim arasında tanışlıq görüşü keçirilib.
Ucnoqta.az xəbər verir ki, ETSN-dən verilən məlumata görə, görüş zamanı Azərbaycanla Misir arasında ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi və ekoloji monitorinq sahəsində fikir mübadiləsi aparılıb.
Gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.