Əfv Komissiyası növbəti dəfə toplaşdı

16:18 - 11 May 2018 - Xəbər

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, iclasda əfvlə bağlı müraciətlərə baxılacaq. Komissiyanın sonuncu iclasında 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 700-dən artıq müraciətə baxılıb.

Ümumilikdə isə Komissiyaya 1000-ə yaxın müraciət daxil olub.

Xəbər xətti