Bruklinin nümayəndələri Səbail rayonunda

18:20 - 11 May 2018 - Xəbər

Paytaxtımız Bakı şəhərinin mərkəzi  rayonu olan Səbail rayonu ilə ABŞ-nın Nyu-York şəhərinin Bruklin inzibati rayonu arasında yaradılmış dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənməkdədir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin qeyd olunması ilə bağlı Bakıya gəlmiş Bakı-Bruklin Qardaşlaşmış şəhərlər Assosiasiyasının prezidenti Mariyetta Rozentalın rəhbərlik etdiyi Nyu-York şəhəri Bruklin inzibati rayonunun nümayəndə heyəti dost və qardaş Səbail rayonunda olmuş və Rayon İcra Hakimiyyətində qəbul ediliblər. Görüşdə qonaq nümayəndə heyəti üzvlərinə Səbail RİH-nin hədiyyələri təqdim olundu.

Bakı-Bruklin Qardaşlaşmış şəhərlər Assosiasiyasının prezidenti Mariyetta Rozental gözəl qəbula görə minnətdarlığını bildirdi və Səbail rayonu nümayəndə heyətinin ABŞ Nyu-York şəhərinə rəsmi dəvət olunması barədə Nyu-York şəhəri Bruklin inzibati rayonunun prezidenti Erik Adamsın məktubunu Səbail RİH-nin başçısı Eldar Əzizova təqdim etdi.

Emin

Xəbər xətti