AFFA İcraiyyə Komitəsinin iclası keçirilir

10:47 - 11 May 2018 - Xəbər

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin (İK) iclası start götürüb.

Toplantı milli assosiasiyanın inzibati binasında keçirilir. İclasda İK üzvlərindən Zaur Axundov, Mahir Məmmədov və Elmar Məmmədyarov hələlik iştirak etmirlər. 

Toplantıda eyni zamanda AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın Texniki Departamentinin rəhbəri Berhnard Lippert və digər rəsmi şəxslər yer alıblar. 

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Azərbaycan Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionatla bağlı Klublar Komitəsinin 1 may tarixli iclasında klubların irəli sürdüyü təkliflərin müzakirəsi;

2. Azərbaycan Premyer Liqasında gənc futbolçularla bağlı limit;

3. Lisenziyalaşdırma prosesi ilə bağlı məlumat;

4. Digər məsələlər.

Xəbər xətti