Bakıdakı internat məktəbində 16 yaşlı qız zorlanıb

15:40 - 10 May 2018 - Xəbər

Bakıdakı internat məktəblərindən birində zorlanma baş verməsi iddiası ilə hüquq-mühafizə orqanlarına şikayət edilib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, paytaxt sakini C.A. polisə müraciət edərək Xəzər rayonunda yerləşən 8 nömrəli Sanatoriya tipli internat məktəbində 16 yaşlı qızı - N.A.-nın döyüldüyünü və internatda yaşayan Ramin adlı şəxs tərəfindən zorlandığını bildirib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.

Xəbər xətti