“Gənclik Mall”dan oğurluq edən qadın saxlanılıb

11:15 - 10 May 2018 - Xəbər

“Gənclik Mall” ticarət mərkəzində oğurluq olub. Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, mağazaların birindən 536 manat dəyərində geyim əşyaları oğurlanıb.

​Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Bakı şəhər sakini S.Rəsulova olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti