Moskvada Bakının neft qülləsinə abidə qoyulub

18:11 - 9 May 2018 - Xəbər

Rusiyada İkinci Dünya müharibəsində əldə olunan qələbəyə Azərbaycanın verdiyi töhfəyə həsr olunmuş abidə açılıb. Trend-in məlumatına görə, abidə Moskva vilayətində Lenin-Sneqirevskiy hərbi-tarix muzeyinin ərazisində açılıb. Bu, müharibə dövründə sovet tankları, təyyarələri və avtomobilləri üçün yanacağın hasil olunduğu Bakıdakı neft qurğusunun kiçildilmiş surətidir. 1941-ci ildə SSRİ-də 33 milyon ton neft çıxarılıb ki, bunun da 23,5 milyon tonu Azərbaycan tərəfindən istehsal edilib. "Neft qülləsi" abidəsinin açılışının təşəbbüskarı Moskva vilayətindəki azərbaycanlıların regional milli-mədəni muxtariyyətidir.

Xəbər xətti