Gələn həftə Yer kürəsində geomaqnit qasırğası olacaq

19:35 - 8 May 2018 - Xəbər

Mayın 17-də Yer kürəsində G2 sinfinə aid geomaqnit qasırğasının olacağı gözlənilir.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, mayın 18-də isə geomaqnit həyəcanlaşması artacaq.

Bundan başqa, gələn ay da Yer kürəsində geomaqnit qasırğası olacaq. Belə ki, iyunun 2-də G1 sinifli qasırğa baş verəcək. 

Xatırladaq ki, bu ilin ən güclü qasırğası aprelin 20-də qeydə alınıb. 

Xəbər xətti