Kərəm Həsənov Cəlilabadda qəbul keçirəcək
18:08 - 8 May 2018 - Xəbər
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov mayın 12-də Cəlilabad şəhərində vətəndaş qəbulu keçirəcək.
Ucnoqta.az Dövlət Komitəsinə istinadən xəbər verir ki, qəbul saat 11:00-da Heydər ƏliyevMərkəzində olacaq.
Qəbulda Cəlilabad rayonu ilə yanaşı Biləsuvar, Masallı, Yardımlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaşlar Komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan və digər məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn rejimdə Komitənin [email protected] ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)
Əmlak Məsələləri Dövlət Komitəsinin 15 saylı ərazi şöbəsi: (02524) 5-50-29, 5-50-03
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsi: (02524) 5-10-80