Sumqayıt məişət tullantıları poliqonunun icarədarı cərimələnib

17:45 - 7 May 2018 - Xəbər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Ucnoqta.az ETSN-ə istinadən xəbər verir ki, reyd zamanı Sumqayıt şəhər məişət tullantıları poliqonunda məişət tullantılarının qanunvericiliyə uyğun qaydada zərərsizləşdirilmədiyi, yandırıldığı və nəticədə  ətraf  ərazilərə tüstü, kəskin qoxunun yayıldığı məlum olub.

Faktla bağlı poliqonun icarədarı Qəhrəmam Qəhrəmanov barəsində protokol tərtib olunub və o, fiziki şəxs qismində 600 manat məbləğində  cərimə edilib. Qanun pozuntusunun aradan qaldırılması üçün Q.Qəhrəmanova  icrası məcburi olan müddətli  “məcburi göstəriş” verilib.

Xəbər xətti