Baş nazirin müavini: "Saxta dərman satışı ilə məşğul olmaq ən böyük cinayətdir"

14:22 - 7 May 2018 - Xəbər

"Saxtakarlıq heç kimə baş ucalığı gətirmir. Saxta dərman satışı ilə məşğul olmaq da ən böyük cinayətdir".

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov bildirib. Ə. Əhmədov deyib ki, saxtakarlığa qarşı hər kəs mübarizə aparmalıdır: "Bir neçə gün əvvəl saxta dərman satışı ilə məşğul olan qrup ifşa edildi. Belə hallara qarşı mübarizə qətiyyətlə davam etdiriləcək".

Xəbər xətti