Masallıda zəlzələ olub
21:53 - 6 May 2018 - Xəbər
Bu gün Masallı rayonu ərazisində 3,3 maqnituda gücündə zəlzələ baş verib.
"Report" AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yeraltı təkanlar yerli vaxtla saat 18:35-də Lənkərandan 26 km şimalda Masallı rayonu ərazisində qeydə alınıb.
Zəlzələnin episentrdə dərinliyi 40 km təşkil edib.