UEFA-dan Simeoneyə ağır cəza- 4 oyun+ 10 min avro     
                    
                     
                    
                        
                                         
             
            13:10  -  5 May   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            UEFA İntizam Komitəsi "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin cəzasını açıqlayıb.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki,  argentinalı mütəxəssis Avropa Liqasının yarımfinalında "Arsenal"la ilk matçda hakimi təhqir etməsi səbəbindən 4 oyunluq cəza alıb. Çalışdırıcı 10 min avro məbləğində cərimələnib.
Beləliklə, Simeone Avropa Liqasının finalında "Marsel"la matçda texniki zonada olmayacaq.