Ucnoqta.az
www.ucnoqta.az

UEFA-dan Simeoneyə ağır cəza- <font color=red><b>4 oyun+ 10 min avro</b></font>

13:10 - 5 May 2018 tarixində dərc olunub.
UEFA İntizam Komitəsi "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin cəzasını açıqlayıb. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki,  argentinalı mütəxəssis Avropa Liqasının yarımfinalında "Arsenal"la ilk matçda hakimi təhqir etməsi səbəbindən 4 oyunluq cəza alıb. Çalışdırıcı 10 min avro məbləğində cərimələnib. Beləliklə, Simeone Avropa Liqasının finalında "Marsel"la matçda texniki zonada olmayacaq.
Müəllif: