Xəzərdə zəlzələ olub

10:26 - 5 May 2018 - Xəbər

Bu gecə Xəzər dənizində zəlzələ olub. Ucnoqta.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. İlkin məlumatlara əsasən, yerli vaxtla 03:26:31-də Xəzər dənizdə yeraltı təkanlar qeydə alınıb. Zəlzələ hiss olunmayıb. Zəlzələnin maqnitudası 3,9, dərinliyi 59 km olub. 

Xəbər xətti