Prezident İlham Əliyev Xızı rayonuna səfərə gəlib

13:33 - 4 May 2018 - Xəbər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Xızı rayonuna səfərə gedib.

Dövlətimizin başçısı əvvəlcə Xızı şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov parkda görülən işlər, həmçinin rayonda həyata keçirilən abadlıq və quruculuq tədbirləri barədə Prezident İlham Əliyevə məlumat verib.

Daha Ətraflı: https://report.az/siyasi-xeberler/daxili-siyaset/azerbaycan-prezidenti-i-lham-eliyevin-xizi-rayonuna-seferi-baslayib
İstənilən məlumatdan istifadəyə yalnız report.az saytına istinad etməklə icazə verilir

Xəbər xətti