“Son illər turizm geniş miqyas almaqdadır. Bu, çox yaxşı haldır və ölkəmizə yetərincə maliyyə töhfələri verir. Ancaq turizmdə xoşagəlməz, milli-mənəvi dəyərlərimizə, əxlaqımıza zidd olan halları da müşahidə edirik. Onları açıq şəkildə ifadə etmək istəmirəm. Azərbaycana turist kimi yüksək əxlaqi dəyərləri özündə ehtiva edənlərlə bərabər, bu və ya digər ölkələrin tör-töküntüləri də gəlirlər”.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun illik məlumatının müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, həmin turistlər Azərbaycanda xoşagəlməz əxlaqi davranışlar nümayiş etdirirlər: “Bununla bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir. Belə insanlar ölkədən deportasiya edilməlidir”.