Azərbaycanda ekoturizmin inkişafı üçün proqram hazırlanır

18:23 - 4 May 2018 - Xəbər

Azərbaycanda ekoturizmin inkişaf etdirilməsi üçün proqram hazırlanır.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə deyib.

O bildirib ki, bununla bağlı Dövlət Turizm Agentliyi ilə görüşlər olacaq və təkliflər bildiriləcək:
"Turistlərin ilkin ehtiyacını təmin etmək üçün şərait mövcuddur. Marşrutlar, bələdçilər, piknik yerləri var. Milli parklarda marşrutların rəngarəng olmasına çalışacağıq. Çay kənarında gəzintidən tutmuş, quşları izləməyə qədər yeniliklər olacaq".trend

Xəbər xətti