Bu gün “Eurovision” mahı müsabiqəsinin yarımfinalında iştirak edən ölkələrinin ikinci məşqinə start verilib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 15 ölkə təmsilçisi Lissabonda səhnəyə çıxaraq öz performanslarını təqdim edirlər.
Bu gün eyni zamanda efirdə yayımlanacaq görüntülər və məşq prosesləri də yarışmanın “Youtube” səhifəsində yerləşdiriləcək.
Mayın 8-də 1 nömrə altında çıxış edən Aysel Məmmədovanın ikinci çıxışı uğurlu hesab edilib və onun canlı ekranda göstəriləcək şousunun görüntüləri sosial şəbəkədə paylaşılıb.