Deputat Astan Şahverdiyev vəfat edib
11:53 - 15 Aprel 2018 - Xəbər
Azərbaycan Milli Məclisinin üzvü Astan Şahverdiyev vəfat edib.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, A. Şahverdiyev bu gün səhər saatlarında Qusar rayonunda qəfil ürək tutmasından dünyasını dəyişib.
Onun meyiti Bakıya gətirilərək “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Şahverdiyev Astan Nuşrəvan oğlu 1947-ci ildə anadan olub.