Quba və Qusarın dağlıq ərazilərinə 48 sm qalınlığında qar yağıb
11:04 - 15 Aprel 2018 - ÖLKƏ İÇİ
Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsində hava şəraiti kəskin dəyişib.
Bölgəyə qar yağmağa başlayıb.
Quba və Qusarın dağlıq ərazilərinə 48 sm qalınlığında qar düşüb. Havanın temperaturu mənfi 1-6 dərəcə arasında dəyişir.
Qubanın Xınalıq kəndinə 48 sm, Qırız kəndində 28 sm, Xaltanda 12 sm, Qusarın Ləzə kəndində isə 20 sm, Xızının Altıağac qəsəbəsində 16 sm qalınlığında qar yağıb.apa