Azərbaycanlı mütəxəssis BP-nin London ofisində direktor təyin edildi

14:09 - 14 Aprel 2018 - Xəbər

BP şirkətinin əməkdaşı Leyla Novruzova şirkətin London ofisində Qlobal Biznes Xidmətlərində insan resursları üzrə direktor təyin edilib. Bu barədə şirkətdən bildirilib. Qeyd edək ki, daha öncə hazırda BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu, həmçinin Şimali Afrika və Yaxın Şərq bölgəsi üzrə planlaşdırma və kommersiya əməliyyatlarına başçılıq edən Emil İsmayılov BP-nin Avstraliya üzrə vitse-prezidenti təyin olunub.trend

Xəbər xətti