MSK sədri: "Seçici fəallığı yüksək olacaq"

14:39 - 9 Aprel 2018 - Xəbər

MSK prezident seçkilərində yüksək seçici fəallığı gözləyir

Aprelin 11-i keçiriləcək prezident seçkilərində seçicilərin ənənəvi yüksək fəallığı gözlənilir. Bunu RİA Novosti-yə müsahibəsində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
M.Pənahov bildirib ki, cəmiyyətdə seçkilərə böyük maraq müşahidə olunur, elektorat arasında maarifləndirmə işi aparılıb. O əlavə edib ki, 11 partiya öz nümayəndələrini müşahidəçi kimi qeydiyyata alıb:
“Bütün bunları nəzərə alaraq fikirləşirəm ki, seçici fəallığı yüksək olacaq. Adətən, prezident seçkilərində fəallıq yüksək olur”.

Qeyd edək ki, 2013-cü il prezident seçkilərində 72 faiz, 2008-ci ildə 75 faiz, 2003-cü iləd 62 faiz fəallıq qeydə alınmışdı.

M.Pənahov onu da bildirib ki, MSK 900-ə yaxın beynəlxalq və 60 mindən çox yerli müşahidəçi qeydə alıb. KİV-lər 21 ölkədən 118 əməkdaşla təmsil olunacaq.

Xəbər xətti