"Liverpul" yol qəzasında dünyasını dəyişən Dioqo Jotanın ailəsinə İngiltərə klubu ilə müqaviləsi başa çatana qədər futbolçuya çatacaq məbləğin hamısını ödəyəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Record” məlumat yayıb.
Jota və onun qardaşı, həm də peşəkar futbolçu Andre Silva iyulun 3-də İspaniyada avtomobil qəzasında həlak olublar.
Portuqaliyalının müqaviləsinin bitməsinə iki il qalmışdı. Capology-nin məlumatına görə, Jotanın maaşı ildə 4 milyon funt sterlinq olub.