“Arada şübhələrim olur, tez-tez yoxlanıram. Çox şükür sağlamam. Deyirlər, xərçəng xəstələri daha çox yaşayırlar. Çünki harası ağrıyırsa, gedib yoxlanırlar. Çətin bir imtahan idi. 28 yaşımda xəstəliyimi öyrəndim, çox çətin idi”.
Ucnoqta.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Zümrüd Qasımova "Bizimləsən" verilişində deyib. Xərçəngdən əziyyət çəkən aktrisa həyatından danışıb:
“Övladım yoxdur, ilk beş ildə dedilər dünyaya övlad gətirmək olmaz. 5 il bitdi, amma həkimlər icazə vermədi. Hamilə qaldım, həkimlər seçim qarşısında qoydu. Allaha dedim ki, mənə nə məsləhət görürsən? Övladımın xəstəliyimin birinci daşıyıcısı olmasını istəmirdim. Bir aylıq uşaq idi, amma getdi. İkinci dəfə hamilə qalmaq istədim, amma düşündüm ki, olmaz. Özümü ana olmaqdan birdəfəlik məhrum etdirdim. Kiminsə uşağını daşıya bilərəm, amma özüm olmaz. Suraqat ana ola bilərəm. Maraqlı bir haldır. Bunu da istəmirəm”.
Zümrüd həyat yoldaşından söz açıb. O bildirib ki, əri onu çox qısqanır:
“Yoldaşım məni dəlicəsinə sevir. Ana olmaq istəyirdim, amma... Yoldaşım dedi ki, sən olmasan nə edirəm o uşağı? Mənə o uşaq lazım deyil. Xoşbəxtliyim onda oldu ki, buraxmadı məni. Mən olmayandan sonra övlad kimə lazımdır? Ərim evlənəcək, uşaq ögey ana ilə qalacaq. Mənim övladlarım bacım uşaqlarıdır. Bu yaxınlarda bacımın qızı olacaq, adını Zümrüd qoyacaqlar. Həyat yoldaşımı çox sevirəm. Yoldaşıma dedim ki, gəl sənə gözəl xanım tapaq, tək qalma, istəmədi. Məni yaşadan bu sonsuz sevgi, qısqanclıq, davalardır...
Çox qısqancdır, hara gedirəm, on dəfə zəng edib, videolar göndərirəm. Onun ilk ailəsindən övladları var, görüşür. Mən onları görmürəm”.