Daha bir tikinti şirkətinə qarşı cinayət işi başlanıb

10:52 - 6 Aprel 2018 - Xəbər

"Xudafərin" MTK-nın vəzifəli şəxslərinə qarşı cinayət işi başlanıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, şirkətin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi artıq Bakı Ağır Cinayətlər Məhkəməsində göndərilib.

İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə aprelin 13-də baxılacaq.

Xəbər xətti