İlham Əliyev turizm və səyahətlər sərgisi ilə tanış olub

10:06 - 6 Aprel 2018 - Xəbər

Prezident İlham Əliyev “AITF-2018” XVII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub

 Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Bakı Ekspo Mərkəzində “AITF-2018” XVII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2018” XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgilər barədə dövlətimizin başçısı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgilərin pavilyonları ilə tanış olublar.

Xəbər xətti