55 nəfər təxliyə edilib
Bakıda sanatoriyada baş verən yanğın söndürülüb. Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən "Gilavar" sanatoriyasının ərazisində (hazırda fəaliyyət göstərmir) məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli korpusun 1-ci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otağın və dəhlizin yanar konstruksiyaları, binaya bitişik tikilmiş ümumi sahəsi 18 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və zirzəmiyə yığılmış məişət əşyaları 18 m² sahədə yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdəki tüstülənmiş otaqlardan 55 nəfər sakin Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən təxliyə edilib. Bina yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.